Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan və Kamerun badminton yığmalarının birgə təlim-məşq toplanışları olacaq



Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti Odette Assembe Enqulu Azərbaycan Badminton Federasiyalarının (ABF) nümayəndələri ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, görüşdə Azərbaycan və Kamerun badminton yığmalarının birgə təlim-məşq toplanışları keçirəcəyi, bilik və təcrübə mübadiləsi aparacaqları bildirilib.

Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizin böyük idman ənənələrinə və potensiala malik olduğunu qeyd edib. Kamerun Badminton Federasiyasının rəhbəri Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın qarşıdan gələn Paris Olimpiadasında Azərbaycanı təmsil edəcəyi xəbərinə sevindiyini və onlara qələbə arzu etdiyini deyib.

O, həmçinin Azərbaycanın badminton və parabadminton milli komandalarının məşq prosesi ilə tanış olub, idman infrastrukturuna baxış keçirib.


Facebook-da paylaş

Xəbəri paylaş