Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala yüksəlib



Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

BrendSport.az
xəbər verir ki, yarışın doqquzuncu günündə Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

Zeynəb Rəhimova (54 kiloqram) 1/8 finalda Ornella Havyarimana (Burundi) ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Rəhimova növbəti görüşündə Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda, “Paris-2024” Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.

Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kiloqram) də rinqə çıxacaq.


Facebook-da paylaş

Xəbəri paylaş