Azərbaycanın daha iki boksçusu Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb
Azərbaycan millisinin daha iki boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.
BrendSport.az xəbər verir ki, Zeynəb Rəhimova (54 kq) 1/32 finalda əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb.
Qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Rəhimova rəqibini 3:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib.
Yığma üzvü növbəti qarşılaşmada ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.
Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib.
Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.
Qeyd edək ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kq) da qələbə qazanaraq mərhələ adlayıb. Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.
Facebook-da paylaş