Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu dəfə KİV nümayəndələri "BOULINQ" turnirində güclərini sınayacaqlar



“Sportsman” jurnalı, 150-ci yubiley nömrəsinə həsr olunacaq KİV nümayəndələrinin, idman federasiyalarının mətbuat xidməti əməkdaşlarının, tanınmış incəsənət nümayəndələrinin və qazilərin iştirakı ilə boulinq yarışı keçirəcək.
BrendSport.az
xəbər verir ki, yarış, Gənclik Mall-da yerləşən “ONTOP BOULINQ KLUBU”nun dəstəyi və tərəfdaşlığı ilə may ayının 21-i saat 11:00-da başlayacaq.
Olimpiya, dünya və Avropa çempionlarının, idman ictimaiyyətinin və digər fəxri qonaqların iştirakı ilə keçiriləcək yarışın aparıcısı “Sportsman”in bütün tədbirlərinin aparıcısı olan həmkarımız Sənan Şəfizadə olacaq. Tədbirin nəğməli qonaqları isə yarışa xüsusi rəng qatacaq.
Yarışda hər mətbu orqandan 3 nəfər iştirak edə bilər. Eləcə də turnirdə peşəkar boulinqçilərin iştirakı qadağandır.
Turnirin qaliblərinə diplom və tərəfdaşlarımızdan xüsusi hədiyyələr təqdim olunacaq.

HAMIYA UĞURLAR!
İştirak üçün əməkdaşımız
Kamal Rza ilə əlaqə saxlayın.
070 273 13 85


Facebook-da paylaş

Xəbəri paylaş