Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” “Beşiktaş”la yoldaşlıq oyunu keçirə bilər



“Neftçi” Türkiyənin “Beşiktaş” klubu ilə yoldaşlıq oyunu keçirə bilər.

BrendSport.az
xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Həsən Arat Türkiyə mətbuatına açıqlamasında deyib.

“Vaxtı çatanda yoldaşlıq görüşü keçirəcəyik. Hadisələrin gedişi onu göstərir. Bilirsiniz ki, “Neftçi”nin də rəngləri ağ-qaradır”, - funksioner bildirib.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” kollektivləri bu mövsüm artıq 2 dəfə qarşılaşıblar. Komandalar ötən ilin avqustunda UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqib olublar. Hər iki matç Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:1, 2:1.


Facebook-da paylaş

Xəbəri paylaş