Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nicat Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq



Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

BrendSport.az
xəbər verir ki, 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq.

Tərəflər arasında keçirilən ilk görüşdə Nicat Abasov məğlub olub - 0:1.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş