Əsas Səhifə > Maraq > Nicat Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq
Nicat Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq21-04-2024, 10:05 |
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq. BrendSport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq. Tərəflər arasında keçirilən ilk görüşdə Nicat Abasov məğlub olub - 0:1. Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Geri qayıt |