İddiaçılar Turniri: Nicat Abasov üçüncü görüşünə çıxacaq
Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddaçılar Turnirdə üçüncü görüşünə çıxacaq.
BrendSport.az xəbər verir ki, təmsilçimiz Hikaru Nakamura (ABŞ) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
N. Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə isə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub.
Qeyd edək ki, İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.
Facebook-da paylaş