Almaniyalı müdafiəçi AVRO-2024-ü buraxacaq
Almaniyanın "Fraybuq" klubunun futbolçusu Matias Ginter zədə səbəbindən mövsümü erkən başa vurub.
BrendSport.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin axill vətərində problemlər aşkarlanıb.
Almaniyalı oyunçu əməliyyat olunacaq və yayda ölkəsində keçiriləcək AVRO-2024-ü buraxacaq.
Qeyd edək ki, Matias Ginter cari mövsüm 34 oyun keçirib və iki məhsuldar ötürmə ilə yadda qalıb. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Facebook-da paylaş