“Viymsi Qarabağ" futzal komandası Estoniya çempionatında üçüncü olub
Futzal üzrə Estoniya çempionatında mübarizə aparan "Viymsi Qarabağ" komandası mövsümü üçüncü yerdə başa vurub.
BrendSport.az xəbər verir ki, Viymsi qəsəbəsini təmsil edən kollektiv "Reyvens Futzal"a 3:0 hesabı ilə qalib gələrək turnirin bürünc medallarına sahib çıxıb. Oyunda hər üç qol ikinci hissədə vurulub. Belə ki, Yuri Dmitrienko bir, Vitali Kateryunin isə iki dəfə fərqlənib.
Xatırladaq ki, ötən mövsüm də bürünc medal uğrunda mübarizədə bu komandalar qarşılaşıb. Həmin oyunda Viyms komandası 5:2 hesabı ilə qalib gəlib.
Facebook-da paylaş