Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



WADA Avropa bazarına 288 milyon doza dopinq tədarükünün qarşısını alıb



Ümumdünya Antidopinq Agentliyi (WADA) bir il ərzində 67 əməliyyat keçirib, 288 milyon dozadan çox qadağan olunmuş maddələrin Avropa bazarına daxil olmasının qarşısını alıb.

BrendSport.az
xəbər verir ki, bunu WADA-nın təhqiqat şöbəsinin rəhbəri Günter Yanqer açıqlayıb.

O bildirib ki, belə göstəricilərə Avropanın müxtəlif ölkələrinin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində nail olunub: “67 əməliyyat keçirilib, 14457 kq məhsuldarlığı artıran maddə müsadirə edilib, 14 qanunsuz laboratoriya bağlanıb, 47 ton məhsuldarlığı artıran maddənin daşınmasının qarşısı alınıb. Ümumilikdə 288 milyon dozanın bazara çıxarılmasının qarşısı alınıb”.

Qeyd edək ki, WADA Avropa Milli Antidopinq Təşkilatlarının və hüquq-mühafizə orqanlarının araşdırma departamentlərinin potensialını gücləndirmək üçün 2022-ci ildə Avropa İttifaqının qrantını qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş