Reklam



WADA Dostluq oyunlarına qatılacaq əcnəbi idmançılara sanksiyalar tətbiq edə bilər



Ümumdünya Antidopinq Agentliyi (WADA) Dostluq oyunlarında iştirak edəcək əcnəbi idmançılara qarşı sanksiyalar tətbiq edə bilər.

BrendSport.az
xəbər verir ki, bu barədə WADA rəhbəri Vitold Banka mətbuat konfransında bildirib.

“Gələn il Rusiyada Dostluq adlanan oyunların keçiriləcəyi elan olunub, - deyə Banka qeyd edib. – Biz onların keçirilməsi ilə əlaqədar narahatlığımızı ifadə etmək istərdik, antidopinq perspektivi nöqteyi-nəzərindən ciddi şübhələrimiz vardır. Keçirilməsi mümkün olan bu tədbir uyğunluq statusunun olmadığı bir ölkədə təşkil olunacaq, bu yarışlar çərçivəsində antidopinq proqramı barədə məlumatımız da yoxdur”.

“Rusiya Antidopinq Agentliyi (RUSADA) hələ ki, uyğunluq statusundan məhrumdur, buna görə də, zənnimizcə, bu turnir idmançıların sağlamlığını və bütövlükdə yarışları təhlükə altına salır. WADA kodeksini imzalayanların bu yarışlarda mümkün iştirakı müəyyən nəticələrə səbəb ola bilər, çünki dediyim kimi, Dostluq oyunlarının antidopinq siyasəti və uyğun proqramı yoxdur. Odur ki, iştirak etməyə qərar verənlər nəticələrlə üzləşə bilər”, - deyə o vurğulayıb.

WADA əlavə edib ki, onlar Dostluq oyunlarının təşkilat komitəsi ilə təmasda olmayıblar. “Biz heç bir məlumata malik deyilik, Rusiya ilə əlaqə saxlamamışıq. Biz yarışların necə təşkil olunacağı və dəvətin hansı kanallar ilə gedəcəyini bilmirik”, - deyə WADA-nın baş direktoru Olivye Niqqli qeyd edib.

Noyabrın 17-də Niqqli bildirib ki, təşkilat 2024-cü ildə Rusiyada Dostluq oyunlarının keçirilməsindən narahatdır. O qeyd edib ki, Rusiya RUSADA-nın WADA kodeksinə uyğun olmadığına görə bu cür tədbirlər keçirmək hüququna malik deyil. Noyabrın 15-də Beynəlxalq Olimpiya Komitəsi milli olimpiya komitələrinə məktub göndərib və onlara Dostluq oyunlarında iştirakdan imtina etməyi tövsiyə edib. İyunun 22-də BOK rəhbəri Tomas Bax bildirib ki, Rusiya “siyasiləşdirilmiş idman yarışları keçirməyə cəhd edir”.

Dostluq oyunları 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçirilməlidir.


Facebook-da paylaş

Xəbəri paylaş