"Azarkeş olmaq futbolçu olmaqdan min qat yaxşıdır"

İbrahim Siracov 2013-cü ildə anadan olub. Maraqlıdır ki, İbrahim böyüyüb futbolçu yox, məhz azarkeş olmaq istəyir. "Qarabağ" komandasının azarkeşidir. İndidən komandanın futbolçularını tanıyır və kimin hansı mövqedə oynadığını bilir. Onunla maraqlı həmsöhbət olduq:
- İbrahim, futbolu niyə sevirsən?
- Əmi, futbolu kim sevmir ki?
- İbrahim, futbolçu olmaq istəyirsən?
- Yox əmi, mən böyüyub azarkeş olacam.
- Necə yəni azarkeş?
- Bilmirəm, amma atam deyir ki, azarkeş olmaq futbolçu olmaqdan min qat yaxşıdır.
- Səncə, ən yaxşı oyuncu kimdir?
- Dərslər imkan versə elə özüməm.
Alxas
Facebook-da paylaş
