Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ı uduzduranda yaxşıdır?



Maarif Siracov 15 iyun 2011-ci ildə anadan olub. Şamaxı şəhərindəki “Avropa” liseyinin Ic sinif şagirdidir.

Sinifdə yaxşı oxuyan uşaqlar arasındadır. Dediyinə görə, ən çox sevdiyi fənn riyaziyyatdır.

Maarif futbolu da sevir. Adlarını bilməsə də, çox vaxt futbolçuları maykalarındakı rəqəmlərindən tanıyır.

Arzusu isə futbol oynamaq yox, futbolda hakim olmaqdır.

Balaca Maarifin futbolla bağlı maraqlı fikirləri var:

- Mən hakim olmaq istəyirəm. Bizim futbolda hakimlər azdır. Atam futbola baxanda hirslənir.

- Oyunçulara?

-Yox, hakimlərə.

- Hansı oyundan narazı qalmısan?

- “Qarabağ”ın oynunda olan hakim.

- Deməli, sən hakim olmaq istəyirsən…

- Bəli, xarici komandaları qoymayacam ki, bizimkiləri udsunlar.

- Maarif, axı bu düzgün deyil.

- Bəs, “Qarabağ”ı uduzduranda yaxşıdır?

- Hansı futbolçunu tanıyırsan?

- Adı ilə yox, rəqəmlə tanıyaram - 5 nömrəni.

- Niyə bəs 5?

- O, müdafiədə yaxşı oynayır.

- Maarif, sənə uğurlar arzulayırıq.

- Sağ olun müxbir əmi.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş