Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan badmintonçusu Bakıda keçirilən beynəlxalq turnirin 1/8 finalına yüksəlib



Azərbaycan badmintonçusu Edi Reski Dviçayo "Azerbaijan International 2024" turnirində 1/8 finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, idmançı yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorfa 2:1 (21-15, 21-23,22-20) hesabı ilə qalib gəlib. İdmançı 1/8 finalda hindistanlı Govind Krişna ilə qarşılaşacaq.

Azərbaycanın digər təmsilçisi Diki Pangestu isə ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən qarşılaşmada ispaniyalı Pablo Abianla qarşılaşıb və Bakıda keçirilmiş ilk Avropa Oyunlarının qalibinə 0:2 (23-25,15-21) hesabı ilə uduzub.

Qeyd edək ki, "Azerbaijan International 2024" turnirinə fevralın 11-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş