Azərbaycanın daha bir badmintonçusu beynəlxalq turnirdə mərhələ adlayıb
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra "Azerbaijan International 2024" turnirində 1/8 finala yüksəlib.
BrendSport.az xəbər verir ki, idmançı ən güclü “16-lığ”a vəsiqə uğrunda qarşılaşmada Meksika təmsilçisi Vanessa Marisela Qarsiya Kontrerasa 2:0 (21-14,21-10) hesabı ilə qalib gəlib.
Daha əvvəl Azərbaycanın digər badmintonçusu Edi Reski Dviçayo yarışın 1/8 finalına adlayıb.
Qeyd edək ki, "Azerbaijan International 2024" turnirinə fevralın 11-də yekun vurulacaq.
Facebook-da paylaş