Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan badmintonçusu beynəlxalq turnirdə 2 800 reytinq xalı qazanıb




Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Niderlandın Hertogenbos şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində 2 800 reytinq xalı qazanıb.

BrendSport.az
xəbər verir ki, o, kişi badmintonçuların şəxsi yarışında yarımfinala qədər irəliləməyi bacarıb.

Mübarizəyə əsas mərhələdən başlayan Edi Reski Dviçayo ardıcıl olaraq İsveçrə təmsilçisi Tobias Kuenzi (21:12, 21:13), Niderland badmintonçuları Dennis Kopen (21:15, 21:17) və Joran Kveekeni (21:16, 21:10) 2:0 hesabı ilə məğlub edib.

İdmançımız finalın bir addımlığında yarışın qalibi olan danimarkalı Viktor Svendsenə uduzub - 0:2 (17:21,13:21).


Facebook-da paylaş

Xəbəri paylaş