Əsas Səhifə > Maraq > Azərbaycan badmintonçusu Bakıda keçirilən beynəlxalq turnirin 1/8 finalına yüksəlib
Azərbaycan badmintonçusu Bakıda keçirilən beynəlxalq turnirin 1/8 finalına yüksəlib9-02-2024, 15:35 |
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo "Azerbaijan International 2024" turnirində 1/8 finala yüksəlib. BrendSport.az xəbər verir ki, idmançı yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorfa 2:1 (21-15, 21-23,22-20) hesabı ilə qalib gəlib. İdmançı 1/8 finalda hindistanlı Govind Krişna ilə qarşılaşacaq. Azərbaycanın digər təmsilçisi Diki Pangestu isə ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən qarşılaşmada ispaniyalı Pablo Abianla qarşılaşıb və Bakıda keçirilmiş ilk Avropa Oyunlarının qalibinə 0:2 (23-25,15-21) hesabı ilə uduzub. Qeyd edək ki, "Azerbaijan International 2024" turnirinə fevralın 11-də yekun vurulacaq. Geri qayıt |