Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub
“Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniya Superliqasında növbəti qolunu vurub.
BrendSport.az xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi XV turda “Vlazniya”ya qarşı keçirilən ev oyununda fərqlənib.
Təcrübəli oyunçu 41-ci dəqiqədə rəqib qapısına yol taparaq, ilk hissədə yekun hesabı müəyyənləşdirib – 3:0. Bu, vingerin Albaniya çempionatında beşinci qolu olub.
Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümün əvvəlindən “Eqnatiya” komandasında çıxış edir.
Facebook-da paylaş