Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər qazanıblar


Kanadanın Alberta əyalətində yaşayan gənc soydaşımız Emiliya Əliyeva Monreal şəhərində keçirilən cüdo üzrə 46-cı Kvebek Beynəlxalq Açıq Çempionatında uğurlu nəticə göstərib.

BrendSport.az
xəbər verir ki, “Hiro's Judo Club”un təmsilçisi olan 70 kiloqram çəki dərəcəsində mübarizə aparan soydaşımız çempionatın ilk günü U-18 yaş divizionunda tatami üzərinə çıxıb. Üç rəqibi üzərində üstünlük əldə edən cüdoçu yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Ertəsi günü öz yaşına uyğun olaraq U-16 yaş divizionunda tatami üzərinə çıxan Emiliya Əliyeva bütün rəqibləri üzərində qələbə çalaraq çempion titulunu qazanıb.

Bundan başqa, Ontario yığma komandasını U-16 yaş divizionunda 66 kiloqram çəki dərəcəsində təmsil edən gənc soydaşımız Yasur Əlizadə yarışda 3-cü yeri tutub. Beləliklə, iki soydaşımız öz komandalarına qızıl, gümüş və bürünc medallar qazandırıb.

Qeyd edək ki, Emiliya Əliyeva 2023-cü il oktyabrın 21-22-də Toronto şəhərində keçirilən “Hatashita 2023 Ontario Open Judo Championships” yarışında U-16 yaş divizionunda parlaq qələbə qazanıb. Altı yaşından cüdo ilə məşğul olan və 70 kiloqram çəki dərəcəsində Kanadanın 8 ən yaxşı cüdoçu qızlarından biri hesab olunan Emiliyanın məşqçisi atası Vəsfi Əliyevdir.


Facebook-da paylaş

Xəbəri paylaş