Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər

Dünya çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər


İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.
BrendSport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub. Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, mundiala 8 nəfərlik heyətlə qatılan millimizin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medala layiq görülüblər.
Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığmamız 7-ci yeri tutub.
Qeyd edək ki, mötəbər yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.


Facebook-da paylaş

Xəbəri paylaş