Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı gənc dekan “Beynəlxalq Təhsil Elçisi” adına layiq görüldü



Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir.

Bu günlərdə belə gənclərimizdən birinin qardaş Türkiyə Respublikasında əldə etdiyi uğur barədə məlumat vermək istərdik.

BrendSport.az saytı xəbər verir ki, YPİDA beynlxalq təşkilatı 2008-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində qurulan və aradan keçən 10 il ərzində, Avropa Birliyinin önəmli şəhərlərindən olan Berlin, Roma, Praqa, Barselona və Şərqi Asiyanın döyünən ürəyi sayılan Seul kimi şəhərlərində şöbələşən beynəlxalq təşkilatdır.

YPİDA gənclik və təhsil sahəsində 250-dən çox beynəlxalq partnyorlarla çoxtərəfli layihələr icra edən beynəlxalq bir qurum olub, ildə bir dəfə təsisçisi olduqları təhsil sahəsində “Beynəlxalq Təhsil Elçisi” və gənclər sahəsində “Belnəlxalq Gənc Lider” mükafatlarını, hər sahə üzrə 5 uğurlu liderə təqdim edir. Bu mükafatın laureatları arasında Türkiyə Böyük Millət Məclisi, Almaniya Federal Məclisi və Avropa Birliyinin millət vəkilləri, böyük QHT rəhbərləri və gənc liderlər var.

Bu il mart ayının 1-də keçirilən YPİDA Məşfərət Məclisinin qərarı ilə, bu iki beynəlxalq mükafatın layiqli sahibları bəlli olub. Sevindirici haldır ki, təhsil sahəsində “Belnəlxalq Təhsil Elçisi” nominasiyasına layiq görülən şəxslər arasında, azərbaycanlı həmyerlimizdə var. Belə ki, 2017-2018-ci illər arasında Azərbaycan–Türkiyə arasında təhsil sahəsində xüsusi xidmətlərinə görə, ölkənin ən gənc dekanlarından biri, Odlar Yurdu Universitetinin dekanı Elçin Əhmədov “Belnəlxalq Təhsil Elçisi” adına layiq görülüb.

Qeyd edək ki, Elçin Əhmədov 2007-2011-ci illərdə Odlar Yurdu Universitetində təhsil alaraq, bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmiş, sonra isə Rusiya Dövlət Texniki Universitetinin magistratura pilləsində təhsil almış və beynəxalq elmi təlim, konfransların mütəmadi iştirakçısıdır.



Facebook-da paylaş

Xəbəri paylaş