Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın FIFA referisi üç gün ərzində iki dəfə İtaliya millisinin oyununu idarə edəcək




Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 11-ci qrupun II turundakı İtaliya - Şimali İrlandiya və III turun Yunanıstan - İtaliya matçlarında əsas hakim olacaq.

Hər iki görüşdə ona digər təmsilçimiz Vüsal Məmmədov laynsman kimi kömək göstərək.

Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya qarşılaşması isə oktyabrın 31-də təşkil olunacaq. Bu qrupun matçları İtaliyada keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş