Əsas Səhifə > Maraq > Azərbaycanın FIFA referisi üç gün ərzində iki dəfə İtaliya millisinin oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi üç gün ərzində iki dəfə İtaliya millisinin oyununu idarə edəcək


19-10-2023, 10:14



Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 11-ci qrupun II turundakı İtaliya - Şimali İrlandiya və III turun Yunanıstan - İtaliya matçlarında əsas hakim olacaq.

Hər iki görüşdə ona digər təmsilçimiz Vüsal Məmmədov laynsman kimi kömək göstərək.

Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya qarşılaşması isə oktyabrın 31-də təşkil olunacaq. Bu qrupun matçları İtaliyada keçiriləcək.
Geri qayıt