Yunanıstan - Lixtenşteyn matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabbarov yeni təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – Lixtenşteyn qarşılaşmasının baş hakimi olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
Yunanıstan - Lixtenşteyn matçı martın 25-də keçiriləcək.
Facebook-da paylaş