"Qarabağ"ın rəqibi futbolçusu ilə sözləşməni yeniləyib
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu futbolçusu Ceremi Frimponqla müqavilənin müddətini uzadıb.
BrendSport.az xəbər verir ki, 22 yaşlı cinah oyunçusunun sözləşməsi 2028-ci ilə qədər artırılıb.
İngiltərə "Mançester Siti"sinin yetirməsi olan niderlandlı futbolçu 2021-ci ildən Bundesliqa klubunun formasını geyinir.
Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.
Facebook-da paylaş