“Qarabağ”ın rəqibi yoxlama görüşü keçirəcək
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan Almaniyanın “Bayer 04” klubu yoxlama görüşü keçirəcək.
BrendSport.az xəbər verir ki, baş məşqçi Xabi Alonso yetirmələrini sentyabrın 7-də sınaqdan keçirəcək.
Rəqib Regionalliqa təmsilçisi “Alemanniya” olacaq. “Bay Arena”da baş tutacaq görüşdə “Bayer 04”ün əsasən U-19 və U-17 komandalarının üzvləri iştirak edəcəklər. Çünki əsas komandanın 15 futbolçusu müxtəlif millilərə çağırılıb.
Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.
Facebook-da paylaş