Əsas Səhifə > Maraq > "Qarabağ"ın rəqibi futbolçusu ilə sözləşməni yeniləyib

"Qarabağ"ın rəqibi futbolçusu ilə sözləşməni yeniləyib


3-10-2023, 13:30


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu futbolçusu Ceremi Frimponqla müqavilənin müddətini uzadıb.

BrendSport.az
xəbər verir ki, 22 yaşlı cinah oyunçusunun sözləşməsi 2028-ci ilə qədər artırılıb.

İngiltərə "Mançester Siti"sinin yetirməsi olan niderlandlı futbolçu 2021-ci ildən Bundesliqa klubunun formasını geyinir.

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.
Geri qayıt