Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda kəmər güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib


Bakıda kəmər güləşi üzrə üçüncü Avropa çempionatının açılış mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Kəmər Güləşi Federasiyasının prezidenti Rafik Valiyev, Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibullin, federasiya rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib. Daha sonra çıxış edən Xabir Xabibullin ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, idmançılara isə uğurlar arzulayıb.

Fərhad Hacıyev 16 ildən sonra bu idman növü üzrə Avropa çempionatının Bakıda keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb. O, Azərbaycanda qeyri-olimpiya, xüsusən də ənənəvi idman növlərinə diqqət yetirildiyini, bu növlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Nazir müavini Avropa çempionatında da təşkilatçılığın yüksək səviyyədə olduğunu əlavə edib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonda gimnastika və milli güləş növlərinə aid nümunəvi hərəkətlər nümayiş olunub.

Qeyd edək ki, bu gün startı verilən kəmər güləşi üzrə üçüncü Avropa çempionatı oktyabrın 4-dək davam edəcək. Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən çempionatına Milli Gimnastika Arenası ev sahibliyi edir.


Facebook-da paylaş

Xəbəri paylaş