"Barselona"nın futbolçusu növbəti iki oyunu buraxacaq
İspaniyanın "Barselona" klubunun zədəli futbolçusu Rafinyanın durumuna aydınlıq gəlib.
BrendSport.az xəbər verir ki, "Sevilya"ya 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın VIII tur matçında sıradan çıxan 26 yaşlı vinger sağ budundan xəsarət alıb.
Braziliyalı oyunçunun Çempionlar Liqasında Portuqaliyanın "Portu", növbəti turda isə "Qranada" ilə matçı buraxacağı gözlənilir.
Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"nın formasını geyinir.
Facebook-da paylaş