Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"El-Klassiko"da Messi olmayacaq - qolu sınıb



İspaniya La Liqasının 9-cu turunun "Sevilya" ilə oyununun (4:2) ilk hissəsində zədələnən "Barselona"nın hücumçusu Lionel Messinin durumuna aydınlıq gəlib.

Klubun rəsmi "Twitter" hesabından yayılan xəbərə görə, matçın 26-cı dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra yerə yıxılan argentinalı futbolçunun sağ qolunda sınıq aşkarlanıb.

Həkimlər bu səbəbdən 31 yaşlı oyunçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. Bu isə o deməkdir ki, Messi Çempionlar Liqasında "İnter"lə ev (24 oktyabr) və səfər (6 noyabr), eyni zamanda La Liqada "Real" (28 oktyabr) və "Rayo Valekano" (4 noyabr) ilə oyunları buraxacaq.


Facebook-da paylaş

Xəbəri paylaş