İngiltərə Liqa Kuboku: “Mançester Siti” uduzaraq turnirlə vidalaşıb
İngiltərə Liqa Kubokunun 3-cü raundunun matçında “Nyukasl” öz meydanında “Mançester Siti”ni qəbul edib.
BrendSport.az xəbər verir ki, matç “Sent-Ceyms Park” stadionunda baş tutan matç “sağsağanlar”ın 1:0 hesablı qələbəsi ilə bitib.
Oyunda yeganə qolu 53-cü dəqiqədə isveçli hücumçu Aleksander İsak vurub. “Mançester Siti” üçün bu məğlubiyyət cari mövsümdə 10 rəsmi oyunda əsas vaxtda ilk məğlubiyyət olub.
Xatırladaq ki, komandalar artıq cari mövsümün əvvəlində üz-üzə gəliblər: İngiltərə Premyer Liqasının 2-ci turunda “şəhərlilər” doğma meydanda “Nyukasl”ı hücumçu Xulian Alvaresin qolu sayəsində məğlub edib (1:0).
Qeyd edək ki, İngiltərə Liqa Kubokunun digər mərkəzi matçı “Enfild”də baş tutub. “Liverpul” Çempionşipin lideri “Lester”i qəbul edib.
Facebook-da paylaş