Əsas Səhifə > Maraq > İngiltərə Liqa Kuboku: “Mançester Siti” uduzaraq turnirlə vidalaşıb
İngiltərə Liqa Kuboku: “Mançester Siti” uduzaraq turnirlə vidalaşıb28-09-2023, 08:00 |
İngiltərə Liqa Kubokunun 3-cü raundunun matçında “Nyukasl” öz meydanında “Mançester Siti”ni qəbul edib. BrendSport.az xəbər verir ki, matç “Sent-Ceyms Park” stadionunda baş tutan matç “sağsağanlar”ın 1:0 hesablı qələbəsi ilə bitib. Oyunda yeganə qolu 53-cü dəqiqədə isveçli hücumçu Aleksander İsak vurub. “Mançester Siti” üçün bu məğlubiyyət cari mövsümdə 10 rəsmi oyunda əsas vaxtda ilk məğlubiyyət olub. Xatırladaq ki, komandalar artıq cari mövsümün əvvəlində üz-üzə gəliblər: İngiltərə Premyer Liqasının 2-ci turunda “şəhərlilər” doğma meydanda “Nyukasl”ı hücumçu Xulian Alvaresin qolu sayəsində məğlub edib (1:0). Qeyd edək ki, İngiltərə Liqa Kubokunun digər mərkəzi matçı “Enfild”də baş tutub. “Liverpul” Çempionşipin lideri “Lester”i qəbul edib. Geri qayıt |