Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Neymar: “Yalan xəbərlərin dərci hörmətsizlikdir”



“Xahiş edirəm yalan xəbərlər dərc etməyi dayandırın. Bu, hörmətsizlikdir”.

BrendSport.az
xəbər verir ki, bunları “Əl-Hilal” futbol komandasının hücumçusu Neymar münaqişə səbəbindən Jorje Jezusun Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmasını tələb etməsi ilə bağlı yayılan xəbərləri təkzib edərkən deyib.

“Bu, tamamilə cəfəngiyatdır", - Neymar deyib.

Şayiələrdə bildirilirdi ki, məşqçinin Özbəkistan təmsilçisi "Navbahor"la matçda Neymarın rəqib oyunçunu itələməsi və yıxıldıqdan sonra onu topla vurması barədə tənqidi məşqçinin xoşuna gəlməyib.

Neymar 2023-cü ilin yay transfer pəncərəsində “Əl-Hilal” klubuna keçib. Futbolçunun rəsmi təqdimatı avqustun 19-da baş tutub. “Transfermarkt” portalının məlumatına görə, Səudiyyə klubu braziliyalı hücumçunu avqustun 15-də 90 milyon avroya alıb.

Neymar ötən mövsüm PSJ-nin heyətində Fransa çempionatında 20 oyun keçirib, 13 qol vurub, 11 məhsuldar ötürmə edib. Paris klubu Fransa çempionu olub.

31 yaşlı forvard 2013-2017-ci illərdə də "Barselona"da çıxış edib. Bu, braziliyalının vətənindən kənarda ilk klubu idi.


Facebook-da paylaş

Xəbəri paylaş