"Mançester Yunayted"in heyətdən kənarlaşdırdığı futbolçu sabiq klubuna qayıda bilər
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ceydon Sanço karyerasını yenidən Almaniyada davam etdirə bilər.
BrendSport.az xəbər verir ki, 23 yaşlı vingerin Dortmund "Borussiya"sına qayıtmaq ehtimalı var.
İngiltərə təmsilçisi "Nottingem Forest" də Sançesin xidmətində maraqlıdır.
Qeyd edək ki, Ceydon Sanço "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla münaqişədən sonra əsas komandadan kənarlaşdırılıb.
2021-ci ildən "Mançester Yunayted"də çıxış edən oyunçunun müqaviləsi 2026-cı ildə başa çatmalıdır. O, 2017 - 2021-ci illərdə "Borussiya"nın formasını geyinib.
Facebook-da paylaş