Basketbol üzrə dünya çempionatı: Serbiya millisinin finaldakı rəqibi bəlli olub
İndoneziya, Yaponiya və Filippinin ev sahibliyi etdiyi basketbol üzrə dünya çempionatında ikinci finalçı müəyyənləşib.
BrendSport.az xəbər verir ki, yarımfinalda güclü ABŞ millisini 113:111 hesabı ilə məğlub edən Almaniya yığması həlledici görüşdə Serbiya seçməsinə rəqib olub.
ABŞ və Kanada kollektivləri isə dünya üçüncülüyü uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, final və üçüncü yer uğrunda qarşılaşmalar sentyabrın 10-da keçiriləcək.
Facebook-da paylaş