"Real"ın əfsanəvi futbolçusu İspaniya klubunun baş məşqçisi ola bilər
İspaniyanın "Real" klubunun sabiq futbolçusu Raul Qonsales "Vilyarreal"ın baş məşqçisi olmağa yaxındır.
BrendSport.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, hazırda Madrid təmsilçisində əvəzedici komandanın "sükanı arxasında" olan 46 yaşlı mütəxəssis bu gün klubla son danışıqları aparacaq.
Hətta "Kral klubu"nun onu buraxmağa hazır olduğu da bildirilib. Raul 2019-cu ildən əvəzedici komandada baş məşqçi işləyir.
Qeyd edək ki, "Vilyarreal" sentyabrın 5-də Kike Setyeni istefaya göndərib.
Facebook-da paylaş