Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın rəqibinin baş məşqçisi “Real”ı çalışdırmağa əsas namizəddir



“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso İspaniya nəhəngi “Real”ı çalışdırmağa əsas namizəddir.

BrendSport.az
xəbər verir ki, “Kral klubu”nun prezidenti Florentino Peres ispaniyalı mütəxəssisə bununla bağlı təklifini göndərib.

Madrid təmsilçisinin hazırkı baş məşqçisi Kalo Ançelotti mövsümün sonunda Braziliya yığmasının “sükanı arxasına" keçəcək. Peres boş qalacaq postu məhz 41 yaşlı Alonso ilə doldurmaq qərarına gəlib. Onun “Bayer 04”də gördüyü iş “Real” prezidentinin diqqətini cəlb edib.

Qeyd edək ki, Xabi Alonso futbolçu karyerası dönəmində, 2009-2014-cü illərdə “Real”ın formasını geyinib. Mütəxəssis 2022-ci ildən “Bayer 04”ə rəhbərlik edir.


Facebook-da paylaş

Xəbəri paylaş