Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA ötən mövsümün ən yaxşı futbolçusunu açıqlayıb



2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann layiq görülüb.

Qalibin adı Fransanın Monako şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.


Facebook-da paylaş

Xəbəri paylaş