Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bavariya”nın futbolçusu “İnter”ə keçib



Almaniyanın “Bavariya” klubunun futbolçusu Benjamin Pavar İtaliya “İnter”inə keçib.

BrendSport.az
xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, 27 yaşlı müdafiəçi keçidi rəsmiləşdirmək üçün bu gün Milana yollanacaq. Fransa millisinin üzvü avqustun 30-da tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə müqavilə imzalayacaq.

Transfer italyanlara 30 milyon avroya başa gəlib. Almaniya çempionu əlavə olaraq 2 milyon avro bonus da əldə edə bilər.

Qeyd edək ki, Benjamin Pavar 2022/2023 mövsümündə Almaniya Bundesliqasında keçirdiyi 30 oyunda 4 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş