Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Daha bir ulduz futbolçu “Əl-Nəsr”ə keçir



Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçir.

BrendSport.az
xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Almaniyanın “Bavariya” klubunun hücumçusu Sadio Mane “Əl-Nəsr”lə danışıqları yekunlaşdırıb. Klublar arasında da ilkin razılıq əldə olunub. Seneqallı forvardın 37 milyon avro müqabilində yaxın günlərdə yeni komandasına keçidinin rəsmiləşməsi gözlənilir.

Sadio Mane 2022/2023 mövsümündə “Bavariya”nın heyətində 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Kriştianu Ronaldu, Aleş Telleş, David Ospina, Marselo Brozoviç və Taliska kimi tanınmış futbolçular hazırda “Əl-Nəsr”də çıxış edirlər.


Facebook-da paylaş

Xəbəri paylaş