"Liverpul"dan ayrılan futbolçu Almaniya klubuna keçib
Geridə qalan mövsümün sonunda İngiltərə "Liverpul"undan ayrılan Nəbi Keyta Almaniyanın "Verder" komandasına keçib.
BrendSport.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.
Onun sözlərinə görə, qvineyalı yarımmüdafiəçi ilə 3 illik müqavilənin şərtləri razılaşdırılıb. Rəsmi sözləşmə tibbi müayinədən sonra imzalanacaq.
Qeyd edək ki, Nəbi Keyta "Liverpul"a 2018-ci ildə Almaniyanın digər klubu "Leyptsiq"dən keçmişdi.
Facebook-da paylaş