"Liverpul" 4 futbolçu ilə vidalaşacağını açıqlayıb
İngiltərə "Liverpul"u cari mövsümün sonunda 4 futbolçusu ilə vidalaşacağını açıqlayıb.
BrendSport.az xəbər verir ki, Mersisayd təmsilçisi Roberto Firmino, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenlə yollarını ayıracaq.
Sözügedən oyunların başa çatan müqavilələri yenilənməyəcək.
Qeyd edək ki, Firmino və Milner 2015-ci, Çemberlen 2017-ci, Keyta isə 2018-ci ildən "Liverpul"da çıxış edir.
Facebook-da paylaş