Yeniyetmə cüdoçular dünya çempionatına yola düşüblər
Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət cüdo yığmaları dünya çempionatına yollanıblar.
BrendSport.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq yarışda ölkə 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.
ACF-nin prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu komandaların təlim-məşq toplanışlarını ziyarət edərək, onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçulara yarışda müvəffəqiyyətlər arzulayıblar.
Yarışda oğlanlardan Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov, Cəsur İbadlı (66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq), Ramazan Əhmədov (+90 kq) qızlardan isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaq. Mehdi Abbasov, Rəsul Səmədli və Ümüd Qurbanov komanda yarışında mübarizəyə qoşulacaqlar.
Dünya çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.
Qeyd edək ki, idmançılar 23-26 avqustda fərdi yarışlarda, 27 avqustda isə komanda növündə iştirak edəcəklər.
Facebook-da paylaş