Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qran-pri: Azərbaycan cüdoçuları ikinci yarış gününü medalsız başa vurublar



Azərbaycanın daha iki cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə çıxışını başa vurub.

BrendSport.az
xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev Faye Niyeyə (Qambiya) qalib gəlsə də, Antonio Arandaya (İspaniya) uduzub.

Qadınların yarışında 70 kq-dakı Südabə Ağayeva ilk görüşündə Luana Karvalyoya (Braziliya) yenilib.

Qeyd edək ki, ötən gün Əhməd Yusifov (60 kq) gümüş medal qazanıb. Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib.


Facebook-da paylaş

Xəbəri paylaş