Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın rəqibi "Ayaks"ın sabiq hücumçusunu transfer edib



"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Finlandiya HİK-i yeni futbolçu transfer edib.

BrendSport.az
xəbər verir ki, Helsinki təmsilçisi Burkino Faso millisinin hücumçusu Hassan Bandeni heyətinə qatıb.

Son komandası Fransa "Amyen"i olan 25 yaşlı forvardla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Bande daha əvvəl Belçikanın "Mexelen", Niderlandın "Ayaks", İsveçrənin "Tun" və Xorvatiyanın "İstra" klublarında da çıxış edib.

Qeyd edək ki, "Qarabağ" və HİK arasındakı ilk oyunda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 17-də Helsinkidə olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş