“Qəbələ”nin rəqibi Serbiya millisinin hücumçusunu transfer edib
“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Kiprin “Omoniya” klubu hücumçu transfer edib.
BrendSport.az xəbər verir ki, Nikosiya təmsilçisi Serbiya millisinin futbolçusu Veljko Simiclə heyətini gücləndirib.
28 yaşlı forvard ölkəsinin “Voyvodina” klubundan alınıb. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. “Omoniya”nın baş məşqçisi Sofronis Avqusti açıqlamasında Simicin “Qəbələ” ilə ilk oyuna hazır olacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.
Facebook-da paylaş