Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan yığmasının həkimi belaruslu uşağın həyatını xilas edib



II MDB Oyunları üçün Belarusa gedən muaytay üzrə Azərbaycan millisinin həkimi Dilbər Səfərova təyyarədə belaruslu uşağın həyatını xilas edib.

BrendSport.az
xəbər verir ki, o, anidən halı pisləşən körpəyə ilkin tibbi yardım göstərib.

Həmin vaxt sərnişinlər arasında yeganə tibb işçisi olan D.Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıcolmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim. Hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim hadisə ilə bağlı məcburi eniş edən təyyarədən uşağı çıxararaq, onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verib, daha sonra komandasının yanına qayıdıb.


Facebook-da paylaş

Xəbəri paylaş