Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Spartak”la xatirə oyununda iştirak edəcək dünya yığmasının heyəti müəyyənləşib



Ötənlərin məşhur futbolçuları rusiyalı mərhum oyunçu İlya Sımbaların xatirəsinə həsr olunmuş oyunda iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, sentyabrın 9-da baş tutacaq görüşdə Moskva “Spartak”ı ilə dünya ulduzlarının komandası üz-üzə gələcəklər.

Moskvadakı “Otkritie Bank Arena”da baş tutacaq qarşılaşmada dünya yığmasının heyətində Emmanuel Adebayor, Fernando Moryentes, Santyaqo Kanisares, Floran Maluda kimi tanınmış simalar çıxış edəcəklər.

“Spartak”da isə 1993-1999-cu illərdə Sımbalarla komanda yoldaşı olmuş oyunçular, həmçinin, Luis Pereyra Robson, Markao, Cerri-Kristian Çuyse kimi əcnəbilər meydana çıxacaqlar.

Qeyd edək ki, İlya Sımbalar 2013-cü ildə ürək xəstəliyindən vəfat edib.


Facebook-da paylaş

Xəbəri paylaş