Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vahid Ələkbərov "Spartak"dakı qalmaqala münasibət bildirib



Moskva "Spartak"ının əsas səhmdarı olan "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov klubda baş verən qalmaqala münasibət bildirib.

Azərbaycan əsilli milyarder yaranmış vəziyyətdən elə də məmnun olmadığını söyləyib. Onun gikrincə, azarkeşlərin boykot qərarı klub menecmentinin perspektivinə çox güclü təsir edə bilər.

Qeyd edək ki, Massimo Karreranın baş məşqçi postundan göndərilməsi "Spartak"da qalmaqala səbəb olub. Azarkeşlər italiyalı mütəxəssisin qovulmasına etirazlarını bildiriblər. Onların "Anji" ilə ölkə kubokunun 1/8 final matçını boykot edəcəkləri bildirilir. "Spartak" və "Anji" noyabrın 1-də üz-üzə gələcək.
Massimo Karrera oktyabrın 22-də qarşılıqlı razılıq əsasında istefaya göndərilib. Hazırda komandada baş məşqçi səlahiyyətlərini ispaniyalı Raul Rianço yerinə yetirir. Onun rəhbərliyi altında Moskva təmsilçisi Şotlandiya "Reyncers"i ilə Avropa Liqasının III tur oyununda heç-heçə edib.


Facebook-da paylaş

Xəbəri paylaş